AZ

Moskvada məktəbdə faciə: 2 nəfər öldü, 6 nəfər dağıntılar altında qaldı

 Rusiya paytaxtında orta məktəb binasında  faciə baş verib. Beton plitə uçaraq işçilərin üzərinə aşıb.

News24.az Rusiya KİV-ə istinadla xəbər verir ki, sentyabrın 20-də Moskvanın şərqində təmir işləri aparılan məktəb binasında tikinti konstruksiyaları uçub. Hadisə nəticəsində 2 nəfər ölüb.

Daha 6 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Məlumata görə, hadisənin baş verməsinə səbəb tikintidə təhlükəsizlik qaydalarına əməl olunmamasıdır. 

Baş verənlərlə bağlı araşdırma aparılır .





Seçilən
55
news24.az

1Mənbələr