Misli Premyer Liqasında VII turun təqvimi məlum olub.
Offsideplus.az xəbər verir ki, MDB oyunları ilə əlaqədar 1-ci dövrənin "Kəpəz - Qarabağ" oyunu ilə 3-cü dövrənin "Qarabağ" - "Kəpəz" oyunlarının yeri dəyişdirilib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Turun bütün təqvimi isə belədir:
Misli Premyer Liqası, VII tur
3 oktyabr (cümə)
17:00 "Araz-Naxçıvan"- "İmişli"
"Liv Bona Dea Arena"
19:30 "Zirə" - "Neftçi"
Zirə İdman Kompleksinin stadionu
4 oktyabr (şənbə)
17:00 "Qarabağ" - "Kəpəz"
"Azersun Arena"
19:30 "Sumqayıt" - "Turan Tovuz"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
5 oktyabr (bazar)
15:00 "Karvan-Yevlax" - "Sabah"
Şamaxı şəhər stadionu
17:30 "Qəbələ" - "Şamaxı"
Qəbələ şəhər stadionu