AZ

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 721,1 min sərnişin daşınıb.

News365.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 min sərnişin və yaxud 2,4 % çoxdur.

8 ay ərzində hava yolu ilə daşımaların 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 5 % və yaxud 13,6 min ton azalaraq 256,6 min ton olub.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 158 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.

Seçilən
36
1
news365.az

2Mənbələr