Şəki, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Tezliklə ölkəmizdə III MDB Oyunları keçiriləcək. Bu gün Şəki şəhərində startı verilən 30-cu ölkə birinciliyi də məhz MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) meneceri Elmira Lələyeva söyləyib. Ölkə birinciliyinin milli yarışların proqramına əsasən keçirildiyini vurğulayan AGF-nin meneceri bildirib ki, yarışda ölkəmizin müxtəlif bölgələrindən 130 gimnast qalib adı uğrunda mübarizə aparır. Yarış iştirakçıları paytaxtda və respublikanın bölgələrində fəaliyyət göstərən 13 klubu təmsil edirlər.