AZ

Qarabağda önəmli layihələr: İşğaldan azad olunan ərazilərdə hansı işlər görülüb?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2023-cü il sentyabrın 19-20-də keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməklə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ölkə iqtisadiyyatına inteqrasiyasına başlanıldı.
İşğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlər sözügedən bölgələrdə iqtisadiyyatın bərpasına, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsinə geniş imkanlar yaradır.
Görülən tədbirlər nəticəsində ərazidə 551 obyektin müvəqqəti istifadəyə verilməsi təmin edilib. Fəaliyyətə başlamış obyektlər üzrə üç mindən artıq şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladıqda iş yerlərinin sayı altı minə çatacaq.
122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilən Tural Gəncəliyev deyir ki, məlum antiterror tədbirlərinin keçirilməsindən iki il ötməsinə baxmayaraq, bu müddətdə həmin ərazilərdə geniş infrastruktur layihələri həyata keçirilir.
Bu ərazilər geniş inşaat işlərinin aparılması ilə də xarakterikdir. Təkcə 2025-ci ilin yanvar-avqust aylarında Xankəndi şəhərində "Xankəndi" Biznes Mərkəzi, Xankəndi Konqres Mərkəzi, Ağdərə rayonunda məscid, Xocalı rayonunda "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, heyvandarlıq kompleksi, kərpic zavodu istifadəyə verilib.
Sentyabrda isə Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı olub.
Daha ətraflı Baku TV-nin süjetində:
Seçilən
32
1
oxu.az

2Mənbələr