AZ

Tbilisi yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində bir ev uçub, iki nəfər xəsarət alıb

Gürcüstanın ərazisində yağan güclü leysan yağışları nəticəsində Tbilisi yaxınlığındakı Keda bələdiyyəsinin Doxodzeebi kəndində torpaq sürüşməsi baş verib.

“İki sahil” xəbər verir ki, nəticədə bir ev uçub, iki nəfər xəsarət alıb. Yerli sakinlərin sözlərinə görə, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Keda Bələdiyyəsindən verilən məlumata görə, sözügedən ev təhlükəli zonada yerləşirdi. Bələdiyyə tərəfindən dəfələrlə ailəyə ərazini tərk edərək təhlükəsiz yerə köçmələri ilə bağlı yazılı xəbərdarlıq edilib.

Qeyd edilib ki, səkkiz nəfərdən ibarət ailə “Zərər çəkmiş ailələrin kirayə mənzillə təmin edilməsi proqramı”na daxil edilib.

Seçilən
25
3
ikisahil.az

4Mənbələr