AZ

Türkmənistan daimi neytrallığını bəyan etdi

BAKI, 20 sentyabr. TELEQRAF

Türkmənistan Xalq Məsləhəti Şurasının iclasında qurumun Sədri Qurbanqulu Berdiməhəmmədov “Tərəfsiz Türkmənistanın sülh və etimad siyasətinin hüquqi əsasları haqqında” Konstitusiya qanunu layihəsinin təsdiqləndiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Qanun Türkmənistanın sülh və etimad siyasətinin hüquqi əsaslarını və onun beynəlxalq münasibətlərdə həyata keçirilən prinsiplərini müəyyən edir. Əsas prinsiplər arasında neytrallıq, bərabərlik, mehriban qonşuluq, güc tətbiq etməmək, hərbi bloklara qoşulmamaq, digər dövlətlərin daxili işlərinə qarışmamaq və suverenliyə hörmət daxildir.

Sənəd regional və qlobal səviyyədə etimadın və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də ölkənin davamlı inkişafı üçün əlverişli xarici şəraitin yaradılması üçün daimi neytrallıq və qabaqlayıcı diplomatiya potensialından istifadə etmək məqsədi daşıyır.

Qeyd edək ki, qanun Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən imzalanıb.

Seçilən
29
teleqraf.com

1Mənbələr