AZ

Formula 1-də sıralama turu: 2-ci sessiya da yekunlaşdı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun ikinci sessiyası da başa çatıb.

Modern.az xəbər verir ki, “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen 1-ci olub.

Oliver Berman (“Haas"), Lens Stroll (“Aston Martin”), Qabriel Bortoleto (“Kick Sauber”), Lyuis Hemilyon (“Ferrari” və Fernando Alonso (“Aston Martin) müvafiq olaraq 6, 7, 8, 9 və 10-cu yerləri tutublar.

Məlumat üçün bildirək ki, ilk sessiyada “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. Maks Ferstappen ikinci, “Ferrari”dən monakolu Şarl Lekler üçüncü olub.

Franko Kolapinto (“Alpine”), Niko Hyolkenberq (“Kick Sauber”), Esteban Okon (“Haas”), Pyer Qasli (“Alpine”) və Aleksander Albon (“Williams”) ikinci sessiyada yarışmayacaqlar. Onlar müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
25
4
modern.az

5Mənbələr