AZ

Azərbaycan və Ruanda arasında 5 sənəd imzalandı

Azərbaycan və Ruanda arasında 5 sənəd imzalanıb.

News24.az  xəbər verir ki, bu, 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə sentyabrın imzalanmış sənədlərin mübadiləsi mərasimi zamanı baş tutub.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe mübadilə ediblər.

Eyni zamanda "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı"nı, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu"nu Azərbaycanın Ruandada akkreditə olunmuş səfiri Ruslan Nəsibov və Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini xanım Juliana Kangeli Muganza mübadilə ediblər.

Seçilən
23
3
news24.az

5Mənbələr