AZ

Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb

Sentyabrın 20-si saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Publika.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir.

Seçilən
11
7
publika.az

10Mənbələr