AZ

Cordan Pikford “Everton”la yeni müqaviləyə yaxınlaşır

“Everton”un qapıçısı Cordan Pikford klubla yeni müqavilə imzalamaq üzrədir.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər razılığa çox yaxındır və əməkdaşlıq 2028-ci ilin ortalarınadək uzadılacaq.

Hazırda 31 yaşlı qolkiperin “Everton”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

“Transfermarkt” ekspertlərinin qiymətləndirməsinə əsasən, Pikfordun bazar dəyəri 18 milyon avrodur. Cari mövsümdə o, İngiltərə Premyer Liqasında 4 oyunda meydana çıxıb, 3 qol buraxıb və 2 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
17
90deqiqe.az

1Mənbələr