BAKI, 20 sentyabr. TELEQRAF
"Qırmızı bayraqlara görə dövrə vurmaq çətin idi".
Teleqraf xəbər verir ki, bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunda birinci olan "Red Bull"un pilotu Maks Ferstappen deyib.
Niderlandlı sürücü yağışlı havaya görə sıralama turunun çətin keçdiyini bildirib: "Sıralama turunun üçüncü sessiyada daha ağır oldu. Son dövrədə, sadəcə olaraq, tam gücümü verməli olduğumu bilirdim. Bu gün ən yaxşı təkərlərim də belə deyildim. Birinci olduğum üçün xoşbəxtəm".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.