AZ

Azərbaycanda ruandalı tələbələrin sayını artırmaq üçün işlər görülə bilər

Azərbaycanda ruandalı tələbələrin sayını artırmaq üçün işlər görülə bilər.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mətbuata birgə bəyanatı zamanı danışıb.

Azərbaycan Prezidenti vurğulayıb ki, Heydər Əliyev Fondunun Ruandada təhsil proqramlarını dəstəkləmək şansı olub:

"Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik".

Dövlət başçısı bunun Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola biləcəyini bildirib.

Seçilən
78
3
news24.az

4Mənbələr