Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Publika.az xəbər verir ki, üç sessiyanın yekununda birinci olan pilot bəlli olub.
Ən yaxşı nəticəyə "Red Bull"dan Maks Ferstappen imza atıb. Niderlandlı sürücü əsas yarışda ilk sırada olacaq.
"Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub.