AZ

Maks Ferstappen Bakıdakı sıralama turunun çətin keçdiyini düşünür

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu çətin keçib.

Ölkə.Az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Red Bull" komandasının pilotu Maks Ferstappen açıqlama verib.

Üç sessiyanın yekununda birinci olan niderlandlı sürücü hazırkı çıxışından məmnun olduğunu bildirib.

"Sıralama turu çətin keçdi. Hamı üçün asan deyildi. Çünki çox qırmızı bayraq qaldırıldı. Təkərlər də tam hazır olmurdu. Üçüncü sessiyada yağış başladı və mən burada risk etməli idim".

Qeyd edək ki, Maks Ferstappen əsas yarışa ilk sırada start verəcək. Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Seçilən
12
4
olke.az

5Mənbələr