Misli Premyer Liqasında V turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edib.
"Qırmızı-qaralar" cari mövsümdə ilk qələbəsini qazanıb. Onlar "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Gəncə təmsilçisi hələ də xal qazana bilməyib.
Misli Premyer Liqası, V tur
20 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Kəpəz” 3:0
Qollar: Adriel Ba Loua, 44, Prins Ovusu, 59,67
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, dünən baş tutan oyunlarda "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.