AZ

Aİ-nin yeni sanksiya paketində Rusiya neftinə məhdudiyyət olmayacaq

Aİ-nin yeni sanksiya paketində Rusiya neftinə məhdudiyyət olmayacaq

Avropa İttifaqının növbəti antirusiya sanksiyaları Rusiya neftinin alınmasına şamil edilməyəcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə iqtisadi və sosial məsələlər üzrə avrokomissar Valdis Dombrovskis bildirib.

Onun sözlərinə görə, 19-cu enerji sanksiyaları paketi əsasən Rusiya qazına (SPG) yönəlib. Avrokomissar əlavə edib ki, Aİ-nin Rusiyanın bütün fosil yanacaqlarından imtina planı davam edir, lakin dəqiq vaxt açıqlanmayıb.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl 2027-ci ilin əvvəlinədək Rusiya qazından imtina etməyi təklif etmişdi ki, bu da əvvəlki plandan bir il tezdir.

Seçilən
14
afn.az

1Mənbələr