Vaşinqtonda on ildən çox fasilədən sonra Suriya səfirliyinin binası üzərində yenidən ölkənin bayrağı qaldırılıb.
Bizim.Media xəbər verir ki, mərasim 18 mart 2014-cü ildən bəri bağlı olan səfirlik binasında baş tutub və Suriya xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani şəxsən Suriya bayrağını qaldırıb.
Suriya dövlət informasiya agentliyi SANA-nın məlumatına görə, Əş-Şeybani bu hadisəni “tarixi an” adlandırıb və qeyd edib ki, bayrağın yenidən dalğalanması Suriyanın legitimliyinin və onun beynəlxalq arenadakı diplomatik mövcudluğunun təsdiqidir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta