Avstobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə xəstəxananın həkimi Fuad Rzayev deyib.
O bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Xəsarətlər əsasən bud-çanaq sınıqları, (neyrocərrahi problemlər ) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir.
Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-da artıq xəsarət alan var.
Bizim.Media