AZ

Başqa qadından övladı olsa, baxaram

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bir qadın kimi xoşbəxtəm. Çox qadının arzuladığı sevgini yaşayıram. 16 il keçsə də bu hissi hələ də yaşayıram. Məni ram etmək çətindir. İkimiz də qoç bürcündənik. Bəzən inasan yorulur. Onda fasilə veririk. Gedirəm anamgilə. Bunun 3 həftə çəkdiyi də olur. Bu, ildə bir dəfə baş verir, küsüb atam evinə gedirəm"

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Sözüm var" layihəsində deyib. O, həyat yoldaşı Nazimlə münasibətlərindən danışıb:

"Kağız üzərində boşandsaq da, yoldaşım təklif edir ki, gedib rəsmiləşdirik. Mən deyirəm, "yox". Çünki rəsmi kağız olanda səni daha çox idarə edirlər. Belədə deyirəm ki, boşanmışıq, sənin mənim üzərində haqqın yoxdur. Toy olmalıdır, onsuz qayıdan deyiləm. Həmişə deyirəm, toyum olmadığına görə, balaca bir yığıncağın olmağını istəyərdim. O vaxt onu sevirdim, toy etmək istəmirdi, çünki ilk ailəsi 2 il idi dağılmışdı, övladları var idi. Ona görə hər şeyi fəda etdim, söylədim ki, "mənim üçün heç bir fərqi yoxdur". Mənim üçün toy boş şeydir. İnsan xoşbəxtdirsə, bunlar hamısı göstəriş üçündür: Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər... Bunlara marağım yoxdur. Yəqin ki, 50 yaşımızda toyumuz olar. Hələ tezdir. Arada deyirəm ki, ayrılmışıq, get özünə həyat qur, bəlkə daha yaxşı qadın olar həyatında, tənha qalma. Deyir "heç vaxt". Həyatda hər şey müvəqqətidir. Bunun fərqində olsaq, yaşamaq asan olacaq".

Zümrüd həyat yoldaşının ilk ailəsindən olan övladları ilə münasibətindən də söz açıb:

"Mən bilsəm ki, onu xoşbəxt edə bilmirəm, niyə də onu başqa qadınla bölüşməyim? Sevgi tükənəndə niyə o mənə və ya mən ona bağlı qalıb, bu həyatı sürməliyik? Həmişə ona demişəm ki, övlad istəyirsənsə, başqa qadınla ailə qura bilərsən. Hətta başqa qadından övladın olsa, gətirsin, baxaram. Onun uşaqları ilə gözəl münasibətim var. Bir müddət oğlu bizimlə yaşadı. Ona öz övladım kimi baxdım. Halbuki 27 yaşı var. Bizim dostluq münasibətimiz var idi, dost idik, dərdləşirdik. Hətta atasından çox mənimlə münasibəti yaxşı idi. Çox savadlı oğlandır. Mən yoldaşımı ona görə sevirəm ki, 52 yaşı var, amma daim mütaliə ilə məşğul olur. Onların nəsli belədir, genetika uşaqlarına da keçib. Kaş mənim də uşağım olardı, deyərdim ki, Zakir Zeynalovun genlərini daşıyır. Təəssüf ki, olmadı.

Cəmiyyətimizdə ana olan qadınlar çoxdur. Baxıram ki, tənha qalıb, baxmaq istəmirlər, xadimə tutublar ki, anaya baxsın. Özləri öz həyatlarını yaşayırlar. Yaxşı övladlar da var. Amma mən heç vaxt düşünməmişəm ki, qocalığımı görəcəyəm. Ona görə də bunları özümə dərd etmirəm. Pulum olsun, başqasına ehtiyacım olmayacaq".  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
3
axsam.az

4Mənbələr