AZ

Yumurtanı qaynadandan sonra necə soyutmaq lazımdır?

Yumurta tez-tez səhər yeməyində, salatlarda və ya qəlyanaltı kimi istifadə olunur. Lakin bişirilməsi göründüyü qədər sadə deyil – dadı və keyfiyyəti detallara diqqətdən asılıdır.

E-saglam.az xəbər verir ki, məşhur məsləhətlərdən biri qaynadılmış yumurtanı dərhal buzlu suya salmaqdır. Amma bu üsulun mənfi tərəfləri də var.

Niyə isti yumurtanı dərhal soyuq suya qoymaq olmaz?

Çatlaya bilər. Qəfil soyuma qabığın üzərində mikroçatlar yaradır, bu da bakteriyaların daxil olmasına şərait yaradır.

Dadına təsir edir. Zülalın quruluşu dəyişir, yumurta kauçuk kimi sərt və ya əksinə, boş olur.

Qoruyucu membran zədələnir. Bu, yumurtanın saxlanma müddətini azaldır.

Bəs yumurtanı necə düzgün soyutmaq olar?

Qaynadandan sonra 2-3 dəqiqə isti suda saxlayın.

Daha sonra tədricən suya soyuq əlavə edin.

Əgər dərhal yemək istəmirsinizsə, otaq temperaturunda soyumağa qoyun.

Daha asan təmizləmək üçün əvvəlcə isti suda, sonra sərin və ən sonda soyuq suda saxlayın.

Yəni, yumurtanı dərhal buzlu suya salmaq əvəzinə, tədricən soyutmaq daha faydalıdır. Bu, həm dadını, həm də saxlanma müddətini qorumağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
4
e-saglam.az

1Mənbələr