AZ

Son 24 saatda Britaniyaya 1 000-dən çox qeyri-qanuni miqrant keçib

Son 24 saat ərzində La-Manş boğazı vasitəsilə Britaniyanın sərhədini 1 000-dən çox qeyri-qanuni miqrant keçib.

“İki sahil” xəbər verir ki, bu barədə “Sky News” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, cəmi 1 072 nəfər 13 qayıqla ölkəyə daxil olub.

Qeyd olunur ki, 2025-ci ildə indiyədək sərhədi qeyri-qanuni şəkildə keçənlərin ümumi sayı 32 103 nəfərə çatıb.

Seçilən
29
1
ikisahil.az

2Mənbələr