AZ

Netanyahunun ABŞ-dan tələbi: Misirə təzyiqi artır!

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-dan Misirə təzyiq göstərməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Misirin Sinay yarımadasında öz qüvvələrini artırması və hərbi infrastrukturu inkişaf etdirməsi İsraili narahat edib.

Qeyd edək ki, Netanyahu Qüdsdə ABŞ Dövlət katibi Marko Rubioya Sinay yarımadasında Misir tərəfindən 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsini ciddi şəkildə pozan addımların siyahısını təqdim edib.

Seçilən
35
2
axar.az

3Mənbələr