Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Suriya uzun fasilədən sonra beynəlxalq arenada diplomatik mövcudluğunu gücləndirir. Suriya prezidenti Əhməd Şəra 1967-ci ildən bəri BMT Baş Assambleyasında çıxış edən ilk Suriya lideri olacaq.
Bizimyol.info xəbər verir ki, bu tarixi nitq BMT-də 58 il sonra ilk dövlət başçısının təmsilçiliyi ilə baş tutacaq.
Əsəd rejiminin sona çatmasından sonra Suriya hökuməti xarici əlaqələri artırmağa başlayıb. BMT-nin Nyu-Yorkdakı toplantılarından əlavə, prezident Şaraa ABŞ-da müxtəlif görüşlər keçirəcək. Səfər zamanı Şaraanı xarici işlər naziri Həsən Şeybani və BMT-nin daimi nümayəndəsi İbrahim əl-Olabi müşayiət edəcək.
Bu əhəmiyyətli addım çərçivəsində 2014-cü ildə bağlanan Suriyanın Vaşinqtondakı səfirliyi yenidən fəaliyyətə başlayıb. Xarici işlər naziri Şeybani binanın üzərinə yeni Suriya bayrağını qaldırıb. Nazir Şeybani deyib ki, bu hadisə “Suriyanın legitimliyinin və beynəlxalq arenada diplomatik mövcudluğunun təsdiqi”dir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.