AZ

Naxçıvanda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.

Day.Az xəbər verir ki, bunu Xəstəxananın həkimi Fuad Rzayev bildirib.

O qeyd edib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib.

"Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.

Xəsarətlər əsasən bud-çanaq sınıqları (neyrocərrahi problemlər) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir"- deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-dan artıq xəsarət alan var.

Seçilən
30
11
day.az

10Mənbələr