AZ

Ali Koç həyatının şokunu yaşadı – səhnəyə çıxan kimi...

Fənərbağça klubunun prezidenti Ali Koç, fövqəladə seçkili ümumi yığıncaqda səhnəyə çıxan zaman gözlənilməz etirazla qarşılaşıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zalda "Ali Koç, istefa" və "Fənərbağça atanızın malı deyil" şüarları səsləndiriblər.

Çıxışını davam etdirə bilmədi

İstanbulda, Chobani Stadionunda keçirilən iclasda Ali Koç, nizamnamənin 11, 12 və 13-cü maddələrinin qəbul edilib-edilməməsi barədə danışmaq üçün kürsüyə qalxıb. Ancaq üzvlərin ardıcıl etirazları səbəbindən çıxışını davam etdirməkdə çətinlik çəkib.

"Onsuz da sabah seçki var"

Etirazların dayanmadığını görən Koç, üzvlərə müraciət edərək belə deyib:
"İstefa deməyinizə ehtiyac yoxdur, onsuz da sabah seçki var."

Lalə Qüdrətova
Milli.Az

Seçilən
17
1
milli.az

2Mənbələr