AZ

Milli QHT Forumunda şəhid Rəşad Ələkbərovun  anım günü keçirilib

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun inzibati binasında  Mirvarid Dilbazi Poeziya Məclisi İB - nin təşkilatçılığı ilə şəhid Rəşad Ələkbərovun anadan olmasının 28 - ci ildönümü münasibəti ilə tədbir keçirilib. 

Tədbirin əsas məqsədi qəhrəman oğullarımızı, şəhidlərimizi gələcək nəsillərə tanıtmaq, unutmamaq, ailəsinə, doğmalarına az da olsa təsəlli, mənəvi dəstək olmaqdır.

Tədbirdə çıxış edənlər şəhid ailələri, ictimai xadimlər, ictimaiyyət nümayəndələri, şairlər  yer alıb. Filologiya üzrə fəlsəfə doktoru, türkoloq, alim, AMEA- nın aparıcı  elmi işçisi Faiq Ələkbərli az ömrünə  şərəfli ömür  sığışdıran  şəhid Rəşad Ələkbərov haqqında geniş çıxış etdi. Qeyd etdi ki, anası Nailə xanım Rəşadı vətənpərvər böyütmüşdü ki, evin tək övladı olmağına baxmayaraq vətənin dar günündə könüllü olaraq cəbhəyə yollandı.Şuşaya qədər qəhrəmanlıq yolu keçdi qəhrəman oğul.
Tədbirdə şəhid anaları, qaziləri, Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayeva, Azərbaycan Əmək və Sosial münasibətləri Akademiyasının tələbələri çıxış ediblər.

Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayevanın, şəhid bacısı,aşıq, müğənni İnci Şirvanlının ifasında vətənpərvərlik mövzusunda mahnılar, şair Brilyant Atəşin, 83 saylı məktəbin şagirdi Uğur Tuncayın  təqdimatında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhid Rəşad Ələkbərov haqqında  video- çarx nümayiş olunub. Şəhid Rəşad Ələkbərovun anası,  qazi Nailə Ələkbərova  1- ci vətən müharibəsinin qanlı tarixinin canlı şahidi kimi keçdiyi döyüş yolundan danışdı, 2- ci vətən müharibəsində isə yeganə  övladı Rəşadın könüllü olaraq bu müharibəyə getdiyini, Şuşaya qədər qərəmanlıqla dolu döyüş yolu keçdiyi haqqında danışdı. Yeganə övladımın son zəngi 7 noyabrda  Şuşadan gəlmişdi, qalib gələcəyik, məndən narahat olma, demişdi.Mən də şəhid anası kimi  şükür deyirəm ki, dövlətimiz, xalqımız qalib oldu, işğal altında olan torpaqlarımız mənfur düşmənlərdən azad oldu.. Nailə ana qeyd etdi ki, yeganə övladım vətən uğrunda canından keçdi, şəhid oldu, tarix oldu, vətən oldu. Mən zülmlər,  çətinliklər gördüm, tək qaldım,
Tək ana oldum. Mən əyilmədim. Vətən sağ olsun, dedim. Tək ana kimi bircə arzum var, şəhidlər unudulmasın , hər zaman  xatırlansın, adlarına tədbirlər keçirilsin,  küçələr verilsin, kitablar yazılsın. Şəhid Rəşad anası kimi bu mənim arzularımdı, az qala sönmüş ömrümə bu arzular bir işıq, təsəlli olar.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru  Güllü Eldar Tomarlı  məğrur duruşu qazi  Nailə anaya, Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İsgəndirliyə və əməkdaşlarına, tədbir iştirakçılarına təşəkkürünü bildirib. 
Tədbirdə xatirə şəkilləri çəkildi.

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr