AZ

Şəmkirdə məktəbin qarşısında piyada zolağının olmaması təhlükəli vəziyyət yaradırVİDEO

Şəmkir şəhər Fərman Salmanov adına məktəbin qarşısında qarşısında hər gün təhlükəli vəziyyət yaşanır. Burada piyada zolağının silinməsi vəziyyəti daha da çətinləşdirir.

Xezerxeber.az-ın məlumatına görə, valideynlər məktəbin qarşısındakı avtomobil sıxlığından şikayət edirlər.

Şagirdlər dərsdən çıxan vaxt onların hərəkəti mümkünsüz olur.

Bununla bağlı çəkdiyi videonu paylaşaraq narahatlığını dilə gətirən valideynin fikirlərini məktəbə uşaq gətirən digər sakinlər də təsdiq edirlər.

Məktəbin qarşısında apardığımız müşahidələr göstərir ki, yoldakı vəziyyət əvvəllər qənaətbəxş olsa da, zamanla baxımsızlıqdan indiki hala gəlib.

Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, nəqiliyyat axınının tənzimlənməsi və yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün küçələrin xəttlənmə işləri Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ötən ay Şəmkir şəhərinin 10 küçəsində rənglənmə işləri tamamlanıb. Piyadaların təhlükəsizliyi üçün qeyd olunan ərazi də daxil olmaqla daha bir neçə əsas küçədə rənglənmə işlərinin aparılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr