AZ

Zaur Darabzadə Adnan Əhmədzadəni PAYLAŞDI - FOTO

Ajans.az xəbər verir ki, Zaur Darabzadə İnstaqram hesabında 2024-cü ilin İyun ayının 24-də Adnan Əhmədzadə ilə paylaşdığı fotosunu hekayə bölməsində yenidən paylaşıb. Zaur Darabzadənin bu jesti Adnan Əhmədzadənin yaxın dostu olaraq, ona dəstək kimi qiymətləndirilə bilər.  Zaur Darabzadə hazırda "CineMasterCard"ın İdarə Heyətinin Sədri vəzifəsindədir. Azərbaycanda ilk internet radio "Day.Az Radio"-nu yaradıb. Həmçinin  2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Xatırladaq ki, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Seçilən
4
Ajans.az

1Mənbələr