AZ

Aİ Avropa hava limanlarında fasilələrin səbəblərini araşdırır

BAKI, 20 sentyabr. TELEQRAF

"Avropa İttifaqı hazırda Avropa hava limanlarına "genişmiqyaslı və ya ciddi hücum" əlaməti görmür".

Teleqraf xəbər verir ki, bu barədə "Reuters"ə Avropa Komissiyasının sözçüsü deyib.

Onun sözlərinə görə, hadisənin səbəbləri hələ müəyyən edilməyib və araşdırmalar davam edir.

Brüssel hava limanı bundan əvvəl bildirmişdi ki, sentyabrın 19-da axşam saatlarında Brüssel də daxil olmaqla bir sıra Avropa hava limanlarına kiberhücum baş verib.

"Bu, uçuş cədvəllərinə əhəmiyyətli dərəcədə təsir edir və təəssüf ki, gecikmələr və ləğvlərlə nəticələnəcək", - bəyanatda deyilir.

Seçilən
7
teleqraf.com

1Mənbələr