AZ

Payız superqidası: Balqabağın faydaları

Balqabaq payız mövsümünün ən faydalı tərəvəzlərindən biridir. Novosibirsk mütəxəssisləri bu tərəvəzin necə seçilməsi və düzgün bişirilməsi barədə məsləhətlər veriblər.

E-saglam.az sözügedən məsləhətləri sizə təqdim edir:

Balqabaq yüksək lif tərkibi ilə uzunmüddətli toxluq hissi yaradır və çəkiyə nəzarət etməyə kömək edir. Tərkibində dəmir, beta-karoten, B vitaminləri, C vitamini, E vitamini, kalsium, maqnezium, sink və digər faydalı maddələr var.

Onun pəhrizə əlavə olunması yuxusuzluq, depressiya, ürək-damar xəstəlikləri və yorğunluq zamanı faydalıdır. Balqabaq həm də anemiyada dəmir çatışmazlığını kompensasiya edir, metabolizmi sürətləndirir və ödemi azaldır.

Maraqlı bir xüsusiyyət isə odur ki, bişmiş balqabağın ətri kişi libidosuna müsbət təsir edə bilər. 

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr