"Kəpəz" Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə məğlub olub.
Bizim.Media xəbər verir ki, oyun bitdikdən sonra "sarı-göylər"in baş məşqçisi Adil Şükürov gəncəli azarkeşlər olan tribunanın qarşısına gedib. Mütəxəssislə fanatlar arasında mübahisə yaşanıb.
Azarkeşlər baş məşqçinin ünvanına "istefa" şüarları səsləndirib.
Qeyd edək ki, Adil Şükürov mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunub. Komanda Premyer Liqada keçirdiyi 5 oyunun hamısında uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta