Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
BMT sanksiyaları bərpa olunarsa, iranlılar ölkəni inkişaf etdirməyin yolunu tapacaqlar.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Sanksiyalar mexanizmindən istifadə edərək, bizim irəliyə doğru yolumuzu kəsməyə çalışırlar. Amma düşünülmüş hərəkət etsək, hələ də irəli gedə bilərik", - Pezeşkian bildirib.
O, qeyd edib ki, İran nüvə proqramını davam etdirməyə qadir olacaq:
"Onlar bizə mane ola bilməzlər. Natanz və ya Fordodakı obyektlərimizi vura bilərlər. Amma o obyektləri insanlar tikib, onlar da bərpa edə bilərlər".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.