AZ

Ödənişlə ətiriyyatçı, qucaqlayan, növbə gözləyən...

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İş deyəndə ağlımıza müəllim, həkim, mühəndis və ya hər kəs tərəfindən bilinən digər sahələr gəlir.

“Qafqazinfo” xəbər verir ki, amma dünyada elə qəribə peşələr var ki, eşidəndə təəccüblənməmək mümkün deyil.

Dünyanın ən qəribə peşələrindən bir neçəsini təqdim edirik:

1. Peşəkar qucaqlayıcı

Bəzi ölkələrdə insanlar yalnız qucaqlaşmaq üçün pul ödəyirlər. “Cuddle therapist” adlanan bu xidmət stresin azalmasına, insanın özünü daha yaxşı hiss etməsinə kömək edir. Saatı 40–80 dollar arasında dəyişir.

2. Ətir dadına baxan

Parfüm istehsalçıları yalnız qoxunu yox, dadı da yoxlamaq üçün mütəxəssislər işə götürürlər. Onlar müxtəlif ətirlərin damaqda hansı hissi yaratdığını test edirlər. Bu peşə çox az adamın bacardığı xüsusi ixtisaslaşma tələb edir.

3. Ada satıcısı

Əgər siz düşünürsünüz ki, yalnız ev və maşın satılır, yanılırsınız. Dünyada real adaları alıb-satan icarədarlar da var. Onların müştəriləri isə əsasən milyarderlərdir. Qiymətlər milyonlarla ölçülür.

4. Heyvan yemək dadçısı

Ev heyvanlarının qidalarını insanlar test edir. Məqsəd onların keyfiyyətini və dad balansını yoxlamaqdır. Belə bir iş heyvan qidası şirkətlərində mövcuddur.

5. Peşəkar sıra gözləyən

Bəzi ölkələrdə insanlar növbədə durmaq istəmir. Bu zaman “queue stander” – yəni başqası sənin əvəzindən növbədə dayanan adamı işə götürürlər. Xüsusilə yeni telefon və ya konsol satışlarında bu xidmət populyardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
qafqazinfo.az

1Mənbələr