Azərbaycanlı futbolçunun intizarı başa çatıb.
Afrika qitəsində meydana çıxan ilk azərbaycanlı peşəkar futboçu olan Turan Manafovun debütü reallaşıb.
İyulda Cənubi Afrikaya yola düşən, lakin işçi vizasının alınması üçün 3 ay gözləyən 27 yaşlı müdafiəçi “Stellenboş”da ilk matçını keçirib.
Sonuncu dəfə may ayında “Kəpəz”in heyətində rəsmi görüşdə oynayan Manafov 4 aylıq fasilədən sonra “Riçards Bay”la qarşılaşmada start heyətində yer alıb.
“Stellenboş” 43-cü dəqiqədə buraxdığı qol sayəsində meydanı məğlub tərk edib, Turan oyunu əvəzlənmədən keçirib.
Keyp-Vaynlends təmsilçisi 7 turdan sonra topladığı 4 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ