AZ

İngiltərə Premyer Liqası: Mançester Yunayted Çelsi qarşılaşmasında iki qırmızı vərəqə, üç qol

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasının 5-ci turunda "Mançester Yunayted" "Çelsi" ilə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, "Old Trafford"dakı qarşılaşmada meydan sahibləri 2-1 hesabı ilə qalib gəliblər.

Beşinci dəqiqədə "zadəganlar"ın qapıçısı Robert Sançes qırmızı vərəqə alıb. 14-cü dəqiqədə Bruno Fernandes hesabı açıb və "Mançester Yunayted"i önə keçirib. 37-ci dəqiqədə "qırmızı şeytanlar" üçün fərqi artıran Kazemiro 45+5-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub. 80-ci dəqiqədə isə London təmsilçilərindən Trevo Şaloba yekun nəticəni müəyyənləşdirib - 2:1.

Bu oyundan sonra "Mançester Yunayted" 7 xalla Premyer Liqa cədvəlində 9-cu, "Çelsi" isə 8 xalla 6-cı pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr