AZ

Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir?


Bu günlərdə sosial şəbəkələrdən adi suya ağ rəngli maddənin tökülərək südə çevrilməsi ilə bağlı görüntülər yayılıb.
Qeyd edək ki, sözügedən maddə quru süd deyil. Belə məhsulların satışa buraxılması insan sağlamlığı üçün ciddi təhlükə hesab olunur və qida təhlükəsizliyi ilə bağlı suallar yaradır.
Bəs insan sağlamlığına təhlükə yaradan belə məhsullar bazara necə daxil olur?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən “Azad İstehlakçılar” İctimayi Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ciddi marketlərə belə məhsulların daxil olması mümkün deyil:

"Qida Təhlükəsizliyi Agentliyi böyük market şəbəkələrində satılan bütün mallara ciddi nəzarət edir. Hər hansı firmanın belə məhsulu varsa, o yalnız bazarlarda və kiçik dükanlarda satıla bilər. Böyük marketlərə belə məhsulların daxil olması mümkün deyil. Adətən belə hallar bazarda bir-biri ilə rəqabətdə olan və ya işdən qovulmuş şəxslərin əməlləri nəticəsində baş verir". 
Onun sözlərinə görə, bəzən rəqib şirkətlər belə yollardan istifadə edir:
"Çörəyin içindən tük çıxması, kolbasanın içindən dəmir çıxması kimi hallar bu tip rəqabət və ya qərəzli əməllərlə bağlıdır. Böyük firmalar heç vaxt belə istehsalla məşğul olmurlar. Çünki Qida Təhlükəsizliyi Agentliyi hər məhsul partiyasına nəzarət edir. Məhz belə hallara əsasən kiçik marketlərdə rast gəlinir".

Gülər

Seçilən
13
3
gender.az

4Mənbələr