AZ

Ukrayna rusiyapərəst şəxslərə qarşı sanksiyalar tətbiq etdi

BAKI, 20 sentyabr. TELEQRAF

Ukrayna məmurlara, iş adamlarına və müvəqqəti işğal olunmuş Krımda insan haqlarının pozulmasında iştirak edənlərə, Moldovadan olan təbliğatçılara və rusiyayönlü şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın prezident saytı məlumat yayıb.

Bildirilir ki, o cümlədən, Ukraynanın mövcudluğunu açıq şəkildə inkar edən, Ukrayna ərazisinin və dövlət sərhədlərinin dəyişdirilməsinə çağıran, Ukrayna əleyhinə nəşrlər yayan və Rusiyanın Ukraynaya silahlı təcavüzünü təbliğ edənlərə qarşı da sanksiyalar tətbiq edilib.

Ukrayna həmçinin Rusiyanın təcavüzünə haqq qazandıran Moldovadan 11 ictimai və siyasi xadimə qarşı da sanksiyalar tətbiq edib. Onların arasında mediada Rusiyanın xarici siyasətini təbliğ edən Vasile Bolea və Qaqauziya Xalq Assambleyasına rəhbərlik edən və Rusiya təbliğatının tezislərini açıq şəkildə təkrarlayan Dmitri Konstantinov da var.

Qeyd edək ki, üçüncü sanksiya qərarı 66 fiziki və 13 hüquqi şəxsə, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Krım ərazisindəki işğalçı hakimiyyət orqanlarının rəsmilərinə, Krımda insan hüquqlarının pozulmasında iştirak edən Rusiya ədliyyə orqanlarının nümayəndələrinə, Rusiya təbliğatının yayılması ilə əlaqəli şəxslərə, habelə Rusiya ordusuna yardımla məşğul olan təşkilatlara aiddir.

Seçilən
57
teleqraf.com

1Mənbələr