AZ

Şəhərini dəyişön pişik dəliyə döndü: "Paşa"ya depressiya diaqnozu qoyulur

Türkiyənin Bursa şəhərində yaşayan Çiğdəm Akkaya Yener, tekir cinsli pişiyi “Paşa” ilə birlikdə Sivasda yaşayan ailəsinin yanına köçüb.
Sherg.az xəbər verir ki,  şəhər dəyişikliyi səbəbindən stress və depressiyaya düşən "Paşa"ya insanların istifadə etdiyi antidepressant dərmanlarla müalicə tətbiq edilib. 
Yener 5 ay əvvəl baytar həkim İbrahim Özmenə müraciət edib. Müayinələrdən sonra "Paşa"nın şəhər dəyişikliyi səbəbindən stress və depressiya keçirdiyi müəyyən edilib. Baytar həkim, insanlarda istifadə edilən müəyyən antidepressant preparatlarla müalicəyə başlamaq qərarı verib. Kontrollu şəkildə tətbiq edilən dərmanlara "Paşa" yaxşı cavab verib və bir müddət sonra tamamilə sağalıb.

“Düzəni pozulan pişik stressə girir”

Baytar həkimi İbrahim Özmen bildirib ki, ev heyvanlarının strese düşməsinə bir çox amillər səbəb ola bilər:
“Onlar da bir fərddir və özlərinə məxsus düzənləri var - yemək, su, qum vərdişləri. Bu vərdişlərin dəyişməsi onları stressə sala bilər. İstəmədikləri yemək qabından istifadə etmək, uyğun olmayan qum qabı, evə gələn qonaqlar - bunlar onların düzənini poza bilir. Bundan başqa, sahibinin psixoloji vəziyyəti, boşanma, evdəki insan sayının dəyişməsi, ikinci ev heyvanının gətirilməsi də onları təsirləndirir. Onlar bizim eşitmədiyimiz tezlikləri eşidirlər, radiasiyadan bizdən 15 dəfə çox təsirlənirlər. Wi-Fi belə stresi artırır. Keyfiyyətsiz yem, şəxsi məkanın pozulması  - bütün bunlar pişikləri stressə salır. Stressə girən pişiklər adətən davranış pozuntuları göstərir: ətrafa sidik ifraz edir, tük tökür, özünə qarşı aqressivləşir, quyruğunu dişləyir, tükünü yolur, sahibinə və əşyalara ziyan vurur, gecələr bağırır. Bu isə sahibinin də həyat keyfiyyətini aşağı salır.”

“Pişiklərdə depressiya halları 15 faiz artıb”

Özmen əlavə edib ki, klinikada edilən müayinələrlə depressiya diaqnozu qoyulur:
“Əvvəlcə bütün analizlər edilir, başqa problem yoxdursa bunun stress və ya depressiya olduğu müəyyən olunur. Bəzən bitki mənşəli vasitələrdən istifadə edirik, amma kifayət etmədikdə insanlarda istifadə olunan antidepressantlardan da faydalanırıq. Son dövrlərdə bu halların sayı çoxalıb. Yay aylarında gətirilən xəstələrin təxminən 15%-i depressiya şikayəti ilə gəlirdi. Əvvəllər bu qədər rastlaşmırdıq. Əgər müalicə olunmasa, bu vəziyyət orqanizmə təsir edir, immun sistemi zəifləyir və heyvan daha çox xəstələnməyə başlayır.”

"Gecələr yata bilmirdim"

"Paşa"nın sahibi Çiğdəm Akkaya Yener isə deyib:
“Uzun müddət gecələr bağırması davam edirdi. Çoxlu analizlər edildikdən sonra problem tapılmadı. Həkimimiz antidepressant müalicə təklif etdi. Dərmana başladıqdan sonra həm mənim, həm də pişiyimin həyat keyfiyyəti artdı. Çünki gecələr yata bilmirdim, səsindən narahat olurdum. Müalicədən sonra bu problemimiz tamamilə həll olundu.”
Seçilən
13
1
sherg.az

2Mənbələr