AZ

Qocalar evində qalır - Kim olduğunu öyrənənlər dəhşətə gəlir - FOTO

"Ruhsar"ın Gözüm Ablası Tuluğ Çizgenin son hali pərəstişkarlarını kədərləndirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ruhsar" serialında "Gözüm Abla" obrazı ilə tanınan tanınmış aktrisa Tuluğ Çizgenin son görüntüləri yayılıb. 76 yaşlı sənətçinin hazırda qocalar evində yaşadığı məlum olub.

Türk televiziya tarixinin unudulmaz simalarından olan Çizgen, 90-cı illərdə yayımlanan Ruhsar serialındakı rolu ilə yaddaşlara həkk olunmuşdu. Bundan əvvəl isə 80-ci illərin məşhur Perihan Abla serialında canlandırdığı "Meraklı Melahat" obrazı ilə böyük rəğbət qazanmışdı.

Çizgen uzun illərdir ekranlarda görünmürdü. Onun qocalar evində çəkilmiş son görüntüləri sosial mediada paylaşıldı və geniş müzakirələrə səbəb oldu.

Yeşilçamın sevilən simalarından olan Tuluğ Çizgenin hazırkı vəziyyəti tamaşaçılarını kədərləndirib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
1
milli.az

2Mənbələr