"Aİ3"ölkə"lərinin (Böyük Britaniya, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək məqsədi daşıyan hərəkətləri səbəbindən Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığı dayandıracaq.Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli ilə bağlı planların təqdim olunmasına baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən qurumla əməkdaşlıq dayandırılacaq.