AZ

“Barsa”nın ulduzu Çempionlar Liqası matçına hazır olacaq?

“Barselona”nın yarımmüdafiəçisi Qavi tezliklə komandaya qoşula bilər.

21 yaşlı futbolçu dizindəki problemlərə görə sıradan çıxmışdı. Hətta əməliyyat ehtimalı da müzakirə olunmuşdu ki, bu halda kataloniyalılar uzun müddət onun xidmətindən yararlana bilməzdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu son vaxtlar yaxşılaşmaqdadır.

Qavinin diz ağrısı keçib və əməliyyat ehtimalı aşağıdır. Gözlənilir ki, o, təxminən iki həftəyə tam bərpa olacaq. Bu isə UEFA Çempionlar Liqasının 2-ci turunda PSJ ilə matça təsadüf edir.

“Barselona” rəhbərliyi buna baxmayaraq, ehtiyatlı davranır və hadisələri sürətləndirmək istəmir.

Seçilən
4
sportinfo.az

1Mənbələr