AZ

Adında "feron", "immun" sözü olan dərmanlar xəstəlikdən qorumur, immuniteti zəiflədir -Pediatrlardan xəbərdarlıq


"İnsanın barmaq izi individual olduğu kimi immun sistemi də belədir".

Medicina.az xəbər verir ki, bunu pediatr Həmid Həciağayev immunitet gücləndirici dərmanlarla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, müasir tibbdə belə dərmanlar yoxdur:

"Övladınız tez-tez xəstələnə bilər. Lakin bu, onun immun sisteminin zəifləməsi demək deyil. Hər bir insan xəstələndikcə immun sisten buna qarşı müəyyən hüceyrələr ifraz etməyə başlayır.

Təəssüflər olsun ki,müasir tibbdə immun sistemini gücləndirən dərmanlar yoxdur. Apteklərdə satılan, televiziyalarda reklam olunan dərmanlar sadəcə istehsalçının cibini doldurmaq üçün var".

Mövzu ilə bağlı pediatr və ana südü məsləhətçisi Aysel Həciağayeva isə bildirib:

"Payız fəsli gəlib deyə, "qoruyucu, immunitet artırıcı" dərman təyinatı istəyən valideynlərin sayı da çoxalıb.

Böyük məyusluqla (artıq neçənci dəfədir) xəbər verirəm ki, adında "feron", "immun" sözü olan və açıq satışda mövcud olan dərmanlar nəinki xəstəlikdən qorumur, hətta immuniteti zəiflədir. İmmunitetimiz yalnız xəstəliklərlə qarşılaşdıqda güclənir və növbəti dəfə həmin xəstəliyi daha yüngül keçirməyə yardım edir.

Aldanmayın! Apteklərdə çox șey satılır, həkimlər qazanc niyyətinə çox dərman yazır və bloqlarda bir çox vasitə təriflənir. Lakin bunların arxasında gəlir arzusu olduğunu əsla unutmayın!".

Aygün
Medicina.az


Seçilən
7
1
medicina.az

2Mənbələr