BAKI, 21 sentyabr. TELEQRAF
Qətər Qəzza zolağında atəşkəs danışıqlarında vasitəçi rolunu bərpa etməyi və girovların azad edilməsini şərt qoyub və İsrailin paytaxt Dohada HƏMAS liderlərinə son zərbəsinə görə açıq şəkildə üzr istəməsini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Channel 12 news" məlumat yayıb.
Məlumatlı mənbələrə görə, Qətər məsələnin İsrailin Baş naziri Binyamin Netanyahu üçün siyasi cəhətdən həssas olduğunu qeyd edərək, üzrxahlığın mətnində müəyyən çeviklik nümayiş etdirməyə hazırdır .
Məlumata görə, bu məsələ ABŞ Dövlət katibi Marko Rubionun bu həftə Qüds və Dohada apardığı danışıqlarda, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla İsrailin strateji planlaşdırma naziri Ron Dermerin Londonda görüşü zamanı qaldırılıb.