AZ

ABŞ Baltikyanı ölkələrə hərbi yardımı azaldır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avqust ayının sonunda Pentaqon nümayəndələri ABŞ-nin Avropadakı müttəfiqlərini Latviya, Litva və Estoniyaya olan hərbi yardımı azaltmaq niyyəti barədə məlumatlandırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bu planlar haqqında məlumatı ABŞ müdafiə nazirinin Avropa və NATO ilə bağlı məsələlər üzrə müavini Devid Beyker çatdırıb.

O qeyd edib ki, ABŞ-nin avropalı müttəfiqləri müdafiə sahəsində Vaşinqtondan daha az asılı olmalıdırlar. Beyker əlavə edib ki, Prezident Donald Trampın rəhbərlik etdiyi Ağ Ev administrasiyası ilk növbədə ölkənin öz təhlükəsizliyinə diqqət yetirmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr