AZ

Haaqada iğtişaşlar zamanı azı 30 nəfər saxlanılıb

BAKI, 21 sentyabr. TELEQRAF

Haaqada iğtişaşlar zamanı azı 30 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "NOS" televiziyası şəhərin meri Yan van Zanenə istinadən məlumat yayıb.

O deyib ki, Niderland hökumətinin genişmiqyaslı immiqrasiya siyasətinə qarşı Haaqada keçirilən nümayiş zamanı azı 30 nəfər saxlanılıb. Onun sözlərinə görə, həbs edilənlərlə bağlı yekun rəqəm daha çox olacaq.

Van Zanen həmçinin bildirib ki, iğtişaşları yatırtmaqda iştirak edən iki polis məmuru yaralanıb.

"Ölkənin hər yerindən gələn iğtişaşçı qrupları Haaqada polislə qəsdən toqquşublar", - van Zanen deyib.

Seçilən
60
teleqraf.com

1Mənbələr