“Benfika”nın yarımmüdafiəçisi Georgi Sudakov Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti şərh edib.
Sportinfo.az xəbər verir ki, ukraynalı futbolçu bununla bağlı “instagram” səhifəsində paylaşım edib.
O, həmin matçı unutmalı olduqlarını yazıb: “Ağır məğlubiyyət oldu.
Biz daha güclü olmalıyıq, başımızı qaldırmalı və irəliləməliyik. Sonadək dəstək olduqları üçün fanatlara təşəkkür edirəm”.
Lissabonda keçirilən görüşdə “Qarabağ” “Benfika” üzərində 3:2 hesablı qələbə qazanıb.