AZ

Tramp Venesuelaya tələbini irəli sürüb

ABŞ Prezidenti Donald Tramp Venesueladan ABŞ-dan qovulmuş bütün vətəndaşlarını təcili şəkildə geri qəbul etməsini tələb edib.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz Venesueladan Venesuela rəhbərliyi tərəfindən zorla ABŞ-a göndərilən, dünyanın ən pis ruhi xəstəxanaları da daxil olmaqla psixiatriya müəssisələrindən olan bütün məhbus və insanları dərhal qəbul etməsini istəyirik”, – Ağ Ev rəhbəri bildirib.

O əlavə edib ki, Karakas bu tələbi yerinə yetirməsə, “cavab verəcək”.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr