AZ

Misir Sinay yarımadasına qoşun toplaması ilə bağlı xəbərləri təkzib edir

BAKI, 20 sentyabr. TELEQRAF

Misir hökumət üzvləri İsraillə sərhədə yaxın Sinay yarımadasında qoşun toplanması ilə bağlı xəbərləri təkzib ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Misirin mediası məlumat yayıb.

"Sinayda hərbi mövcudluq ilk növbədə Misirin sərhədlərini qorumaq, orada terror hücumlarının qarşısını almaq və qaçaqmalçılıq fəaliyyətlərini cilovlamaq üçün lazımdır. Misir (İsraillə) sülh sazişinin bütün müddəalarına sadiq qalır", - bəyanatda deyilir.

Qahirə “Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsini qətiyyən qəbuledilməz hesab etdiyini və fələstinlilərin öz ərazilərindən çıxarılması planlarını bəyənmədiyini” təkrarlayıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr