AZ

KİV: NASA-nın Aydakı AES üçün 15 ton yük daşıya bilən modula ehtiyacı var

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Aya nüvə reaktorunun çatdırılması və quraşdırılması üçün 15 ton faydalı yük daşıya bilən eniş aparatına ehtiyacı var.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr qeyd edir ki, bu, Amerika aerokosmik şirkətlərinin imkanlarını xeyli üstələyir. Məsələn, Texasda yerləşən Firefly Aerospace şirkəti 2025-ci ilin əvvəlində Aya 155 kq-a qədər faydalı yük daşıya bilən eniş aparatı göndərib.

Reaktoru çatdırmaq üçün güclü raket də lazım olacaq. Potensial olaraq bunu təmin edə biləcək şirkətlər arasında qəzet İlon Maskın "SpaceX" və Ceff Bezosun "Blue Origin və United Launch Alliance" adlarını çəkib.

"The Wall Street Journal" yazıb ki, ABŞ 2029-cu ilin sonuna qədər Ayda Rusiya və Çini ötərək nüvə reaktoru quraşdırmaq istəyir. Belə ki, bu, NASA üçün çox çətin bir işdir və onu son dərəcə sıx bir müddət ərzində yerinə yetirməlidir.

Seçilən
7
2
ikisahil.az

3Mənbələr